Onlayn sınaq imtahanlarına yazılmaq üçün

Kuponlar

Nəşrin orijinallığını yoxlamaq üçün: Kupon üzərindəki təkrarlanmayan kodu (böyük və kiçik hərflər nəzərə alınmaqla) daxil edin və "Yoxla" düyməsini vurun. Ekranda nəşrin orijinal olub olmaması barədə məlumat görəcəksiniz. Nəşrin orijinallığını kupon üzərindəki QR kod vasitəsilə də yoxlaya bilərsiniz. Bunun üçün telefonun kamerasını açın və QR koda tutun, ekrana gələn link üzərində vurun.

Kupon vasitəsilə otk.az portalında onlayn sınaq imtahanına yazılmaq üçün: E-mail və parol vasitəsilə sistemə daxil olun. Kupon üzərindəki təbəqəni pozun, təbəqə arxasında olan təkrarlanmayan kodu (böyük və kiçik hərflər nəzərə alınmaqla) otk.az portalındakı yazılmaq istədiyiniz imtahanın altında xüsusi hissəyə daxil edin və “Kuponla yazıl” düyməsini vurun. İmtahan “Yazıldığım xidmətlər” menyusuna düşəcək və istənilən vaxt imtahan verə bilərsiniz.

Hədiyyə kuponunu yalnız bir dəfə istifadə etmək mümkündür. otk.az portalındakı balansınıza hədiyyə kuponları vasitəsilə yüklənən məbləğlər sizə geri qaytarılmır. Bu kuponları bank kartına, telefon balansına, digər saytlara köçürmək və ya canlı sınaq imtahanlarına yazılış zamanı istifadə etmək mümkün deyil. Hədiyyə kuponunu yalnız otk.az portalında onlayn imtahanlara yazılış zamanı istifadə etmək mümkündür.

Kupon üzərində istifadə müddətinə diqqət yetirin.


(050)-975-31-33 Bütün hüquqlar qorunur © 2015 - 2026 "OTK" MMC; VÖEN: 1304073761; Ödənişlərə ƏDV daxildir.