Distant təhsil +99451-955-01-01 DAXİL OL / QEYDIYYAT
Xəbərlər
HAZIRLIQ KURSLARI Məktəb Abituriyent Bakalavriat Magistratura Rezidentura Doktorantura

Almaniya təhsil sistemi haqqında

Avropanın inkişaf etmiş ölkələrindən olan Almaniyanın təhsil sistemi 4 etapdan ibarətdir. Bu özünü məktəbəqədər, ibtidai, orta və ali təhsil səviyyələrində göstərir.

İcbari təhsilə 6-19 yaş arası uşaqlar cəlb olunurlar. Buna uyğun olaraq da, məktəbdə təhsil almaq  müddəti üçün 13 il nəzərdə tutulub. İcbari təhsilə ayrılmış vaxt bitdikdən sonra, imtahanları uğurla başa vurmuş şagird, ali məktəbə qəbul olmaq hüququ verən orta təhsili bitirməsi haqqında attestat alır. Almaniyada  hər bir məktəb ərazi üzrə yerli hakimiyyət orqanlarına tabedir. Buna görə də, ölkənin ayrı-ayrı ərazilərindəki məktəblər öz proqramları, qaydaları, hətta təhsilin müddətinə görə bir-birindən fərqlənirlər.

 

Məktəbəqədər təhsil - Vorschulbild

Almaniyada  məktəbəqədər təhsil məcburi olmadığı üçün, zəif inkişaf etmişdir. Uşaq bağçalarında 3 yaşdan, 5yaşa qədər uşaqlar təhsil alırlar.

 

İbtidai təhsil - Grundschule

İbtidai məktəblərdə  6 yaşdan, 10-12 yaş arası uşaqlar təhsil alırlar (yaş məhdudiyyəti hər ərazidə müxtəlif şəkildə müəyyən olunur). İbtidai məktəbdə təhsil kompleks şəkildədir. Belə ki, ümümi baza fənləri bir fənn çərçivəsində kompleks şəkildə tədris olunurlar.

 

Orta təhsil - Sekundastufe 

Almaniyada orta təhsil səviyyəsi özünü 4 növdə göstərir: bu gimnaziya, real məktəb, əsas məktəb və birləşmiş məktəbdir. Hər bir məktəb növü, şagirdlərə verdikləri  biliklər və bitirdikdən sonrakı  imkanları baxımdan fərqlənirlər.


Gimnaziya - Gymnasium 

Gimnaziya - orta təhsil verən müəssisələr arasında prestiji ilə seçilir. Şagirdin gimnaziyaya qəbul olması üçün, ibtidai məktəb müəllimlərinin tövsiyyəsi lazım olur.  Gimnaziyanın proqramı 9 ilə nəzərdə tutulub, 5-ci sinifdən, 13-cü sinifə qədər davam edir. 12-ci sinifdən sonra, təhsil alanlar Fachhochschulreife, diplomunu alırlar. Bu diplom onlara texniki universitetə (Fachhochschul) qəbul olmaq hüququ verir. 13-cü sinifdən sonra isə, dövlət imtahanı verilir. İmtahanın nəticəsi olaraq, şagirdlərə tam orta təhsil haqqında attestat verilir. Ancaq gimnazaiyadan sonra, şagird ölkənin ali məktəblərinə qəbul ola bilərlər.

 

Real məktəb - Realschule 

Real məktəbdə təhsil müddəti 6 il davam edir, 5-ci sinifdən 10-cu sinifə qədər. Real məktəbin proqramı, müəyyən bir ixtisasın alınmasına yönəlmiş olur, burada bütün fənlər istiqamətyönümlü olur.  Real məktəbdə təhsili bitirdikdən sonra, texnikuma və ya xüsusi profilli məktəblərə qəbul olmaq hüququ verən (Fachoberschulreife) attestatı  verilir. Həmçinin real məktəbdən sonra, şagirdlər gimnaziyanın yuxarı siniflərinə (11-ci sinfdən 13-cü sinifə qədər) qəbul olub, təhsillərini bitirdikdən sonra ali məktəbə sənəd verə bilərlər.

 

Əsas məktəb - Hauptschule

Əsas məktəbdə 10-cu sinifə qədər oxuyurlar. Əsas məktəb, real məktəbdə olduğu kimi, gələcək peşənin seçilməsi üçün lazım olan baza təhsilini verir. Əsas məktəbdə təhsil aldıqdan sonra, şagirdlər adətən peşəkar məktəblərə qəbul olurlar.

 

Birləşmiş məktəb - Gesamtschule

Birləşmiş məktəb özündə yuxarıda sadalanan ümumtəhsil müəssisələrinin əsas xüsusiyyətlərini cəmləşdirir. Əsas məktəbdə tədris müddəti, 6 il çəkir, 5-ci sinifdən, 10-cu sinifə qədər. Bəzi birləşmiş məktəblərdə, gimnaziya prinsipləri əsasında yaradılan yuxarı siniflər də (11-ci sinifdən, 13-cü sinifə qədər) vardır. Lakin buraya gimnaziyadan fərqli olaraq, ibtidai məktəblərin tövsiyyəsi olmadan qəbul olmaq mümkündür.  Bundan başqa, məktəbin bu forması hər ərazidə olmur.

 

Ali təhsil

Orta məktəb müəssisələrində olduğu kimi, Almaniyada, ali məktəb müəssisələri də bir neçə növə bölünür:

Hochschule - Bu əsasən humanitar yönümlü ali məktəblərdir.

Fachhochschule - Tətbiqi elmlər və ya yüksək ali məktəbləridir. Bu ali təhsil növündə, ayrı –ayrı sənaye sahələri üçün mütəxəssislər - inşaat işi, biznesin idarəolunması, dizayn və humanitar ixtisaslar üzrə mütəxəssislər hazırlayırlar.

Universitat – Hochschule və Fachhochschuledan böyükdür. Burada tədris edilən fənlər və fakültələrin sayı 400-dən çox ola bilər. Burada tələbələr sırf elmi fəaliyyətlə məşğul olurlar, fundamental və tətbiqi tədqiqatlar aparırlar. Universitetdə tibb, təbiət, texniki və humanitar elmlər, hüquq, dinşünaslıq, iqtisadiyat, sosiologiya və aqrar elmlər tədris olunurlar. Bir fakültə çərçivəsində, fənlərin geniş seçimi, fənlərarası təhsil almaq və müxtəlif aspektli mütəxəssis olmaq imkanı verir.

Тechnische Universitat - Burada sırf nəzəri baxımdan, elmin ayrı- ayrı sahələri tədqiq olunur: kimya, fizika, maşınqayırma, elektrotexnika və. s. Eyni zamanda, ixtisaslaşmış ali məktəblər də mövcuddur. Məsələn, pedaqoji kollec, teoloji, bədii və bədii-musiqi məktəbləri, kino yaradıcılığı məktəbləri və s. Ali təhsilin özü, bir neçə mərhələli olur. Mərhələdən asılı olaraq diplomlar və uyğun elmi dərəcələr (bakalvr, magistr, doktor)  verilir.

 

Birinci mərhələ

Ali məktəbin növündən asılı olaraq bakalavr proqramı 3-4 il üçün nəzərdə tutulur. Məsələn, Fachhochschule proqramı 4 ilə hesablanır, əlavə olaraq  oxuyanlar iki semestr təcrübi məşğələ keçməlidirlər. Proqramın sonunda, tələbələr diplom proyektini  yerinə yetirib, dövlət imtahanı verməlidirlər. Bundan sonra tələbəyə Bakalavr ali dərəcəsi təyin olunur (Bachelor/ Bakkalaureus, B.A., B.Sc., B.Eng.).

 

İkinci mərhələ

Bakalavr proqramını bitirdikdən sonra, tələbələr təhsillərini  magistr proqramında davam etdirmək hüququnu qazanırlar. Magistr proqramları 1ildən 4 ilədək müddət üçün hesablanır. Proqram dövründə tələbələr əsas diqqəti elmi- tədqiqat işinə yönəldirlər. Proqramın sonunda, tələbələr mütləq diplom proyektini yerinə yetirib və dövlət imtahanlarını verməlidirlər. Bundan sonra tələbələrə Magistr elmi dərəcəsi verilir (Master, M.A., M.Sc., M.Eng.).

 

Üçüncü mərhələ

Tələbə, magistr proqramı üzrə təhsili bitirmək şərti ilə  Almaniya universitetlərində tədris olunan müəyyən bir ixtisas üzrə akademik dərəcə ala bilər. Tələbə ona dissertasiya mövzusunu təqdim edən  elmi rəhbəri özü tapır. Proqram 2 ildən 5 ilə qədər davam edir. Dissertasiya yazılıb müdafiə edildikdən sonra, tələbəyə Doktor (Ph.D.) dərəcəsi verilir.

 

Mənbə: http://study.by

Tərəfdaşlar

"Abituriyent" jurnalı

Golden Pay

Milliön terminalları

Məlumat

Distant təhsil necə aparılır?

Valideynlər üçün məlumat

Əlaqə

AZ1078, Bakı şəhəri,
A.Salamzadə küçəsi, 28.
Tel: (051) 955 01 01
E-mail: info@otk.az

Bütün hüquqlar qorunur © 2017 +99451-955-01-01