Distant təhsil +99451-955-01-01 DAXİL OL / QEYDIYYAT
Xəbərlər
HAZIRLIQ KURSLARI Məktəb Abituriyent Bakalavriat Magistratura Rezidentura Doktorantura

Təcrübə proqramı

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” (Dövlət Proqramı) çərçivəsində təhsil alan tələbələrin təhsil müddəti ərzində tədris proqramlarının tərkib hissəsi olaraq keçəcəkləri iş təcrübəsi ilə bağlı aşağıda qeyd olunan məlumatları diqqətinizə təqdim edirik:

1.Tələbələrlə işəgötürən şirkət arasında imzalanmış müqavilənin surəti Təhsil Nazirliyinə (təhsil ölkəsi üzrə müvafiq kuratorun elektron poçt ünvanına) göndərilməlidir;

2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nə əsasən, ayrı-ayrə ölkələr üzrə fərqli yaşayış xərc normaları müəyyən olunmuşdur. Bu səbəbdən tələbələr iş təcrübəsini təhsil ölkələri xaricində (ödənişli və ya ödənişsiz) keçəcəkləri təqdirdə, onlara aylıq təqaüd ödənilməyəcəkdir;

3.Təhsil ölkəsini dəyişdikləri təqdirdə, tələbələr Təhsil Nazirliyini bu barədə məlumatlandırmalı və Azərbaycan Respublikasının müvafiq ölkədəki Səfirliyində qeydiyyatdan keçməlidirlər;

4.Tələbələr təhsil ölkəsində ödənişsiz iş təcrübəsi keçəcəkləri təqdirdə onlar aylıq yaşayış xərcləri ilə təmin olunacaqlar;

Yuxarıda qeyd olunan yeni qaydalar 2015/2016-cı tədris ilindən etibarən tətbiq olunacaqdır.

Tərəfdaşlar

"Abituriyent" jurnalı

Golden Pay

Milliön terminalları

Məlumat

Distant təhsil necə aparılır?

Valideynlər üçün məlumat

Əlaqə

AZ1078, Bakı şəhəri,
A.Salamzadə küçəsi, 28.
Tel: (051) 955 01 01
E-mail: info@otk.az

Bütün hüquqlar qorunur © 2017 +99451-955-01-01