Distant təhsil +99451-955-01-01 DAXİL OL / QEYDIYYAT
Xəbərlər
HAZIRLIQ KURSLARI Məktəb Abituriyent Bakalavriat Magistratura Rezidentura Doktorantura

Distant təhsil

Distant təhsil - qiyabi təhsilin müasir variantıdır. Distant elektron təhsil - bügün biliklərin ötürülməsində yeni, yüksək texnoloji yanaşma tərzidir. Ali təhsilin distant yolla alınmasının  gün-gündən artmasını təkcə informasiya texnologiyalarının inkişafı ilə bağlamaq olmaz. İnternet-təhsil, xüsusəndə, qiyabi ali təhsil almaq imkanı, artıq təhsil alan üçün prinsipial və hamı tərəfindən qəbul edilən rahatlığa malikdir. Aşağıda distant təhsilin müsbət cəhətlərini göstərməyə çalışmışıq:

Əl çatan olması

Distant təhsil, distant tədris faktiki olaraq ölkənin bütün nöqtələrindən əlçatandır. Distant təhsil almaq üçün internetə çıxış və şəxsi kompüterin olması kifayət edir. Təhsilinizi doğma vətəninizdə və ya dünyanın o biri ucunda, və yaxud bağda ala bilərsiniz. Bu təhsil növü əsasən işi ilə təhsilini bir arada tutmaq istəyənlər, ev işi ilə (əsasən cavan analar üçün) məşğul olanlar və yaxud sağlamlığına görə yaşadığı yeri tərk edə bilməyənlər üçün çox əlverişlidir.

Rahatlıq və effektivlik

Distant təhsil - çox rahat və əlverişli tədris sistemidir. Faktiki olaraq, tələbə özü təhsil alarkən, tədrisin ona uyğun olan qrafik və tempininin parametrlərini seçir. Eyni zamanda, distant təhsil alan adam üçün, dərs materialları və vəsaitlərini axtarmaq da problem deyil. Çunki materialları avtomatik əldə edir. Bundan əlavə, distant təhsil müddətində dünyanın ən yaxşı müəllimlərindən tədris almaq imkanı mümkündür.

Demokratiklik və dəyişkənlik

Distant təhsildə yaş, professionalıq, təhsil və s ilə bağlı məhdudiyyətlır yoxdur. Əlavə olaraq, tələbə həm ali, həm də, ikinci ali təhsilini uğurla əldə edə bilər. O, özündə təhsilin bir neçə növünü birləşdirə bilir. Əsas odur ki, bu sahədə təcrübəsi olan ali təhsil müəssisəsi düzgün seçilsin.

Qənaətcil olması

Qeyd etmək lazımdır ki, distant təhsil, ənənəvi təhsildən ucuzdur. Düzdür belə fikirlər mövcuddur ki, bu təhsil növü sanki, sadələşdirilib, ona görə də, internet üzərindən alınan təhsilin keyfiyyəti aşağı olur. Əslində isə bu belə deyil. Yüksək keyfiyyətli təhsil verən bütün distant təhsil sistemlərində, daimi nəzarət mövcuddur. Burada, müəllim tərəfindən “sevimli” tələbənin fərqləndirilməsi mümkün deyil.

Hal-hazırda distant təhsil, ənənəvi təhsillə bərabər hüquqa malikdir. Təsadüfi deyil ki, bu gün abituriyentlər arasında, distant təhsil sisteminə malik ali məktəblər məşhurluq qazanırlar.

Sistem tədris müəssisəsinə getmədən təhsil almaq imkanı verir. Tədris materialları və imtahan suallarına keçid 24 saat ərzində  internet üzərindən mümkündür. Bu da tələbəyə iş rejimini qorumağa, öz yaşadığı şəhərini hətta imtahan sessiyası vaxtı tərk etməmək imkanı verir. Bütün tədris materialları elmlər namizədi, elmlər doktoru olan  yüksək ixtisaslı pedaqoqlar tərəfindən hazırlanır. Müəllim kontigenti ilə əlaqə ya elektron ünvan adresi ilə  yazışmaq formatında,  ya da distant təhsil verən ali məktəbin saytında sual-cavab formatında (forum) qurulur. Tələbənin şəxsi iştirakına ancaq dövlət imtahanı və diplom müdafiəsi zamanı ehtiyac duyulur.

Tərəfdaşlar

"Abituriyent" jurnalı

Golden Pay

Milliön terminalları

Məlumat

Distant təhsil necə aparılır?

Valideynlər üçün məlumat

Əlaqə

AZ1078, Bakı şəhəri,
H.Zərdabi prospekti, 88A
Tel: +99451 955 01 01
E-mail: info@otk.az

Bütün hüquqlar qorunur © 2017 +99451-955-01-01