Distant təhsil +99451-955-01-01 DAXİL OL / QEYDIYYAT
Xəbərlər
HAZIRLIQ KURSLARI Məktəb Abituriyent Bakalavriat Magistratura Rezidentura Doktorantura

SAT (Scholastic Aptitude Test)

Scholastic Aptitude Test-in abbreviaturası olan SAT  - “sxolastik (real həyatdan təcrübədən uzaq olan, əzbərçilik)  qabiliyyətlərin testi” mənasını verir. Xarici ölkələrin ali məktəblərində (SAT əsasən ABŞ və Kanadada məşhurdur) bakalavr dərəcəsi almağa qərar verən abituriyentlər, mütləq SAT imtahanı verməlidirlər. İmtahan həmçinin təhsilini ABŞ və ya Kanadanın universitetlərində davam etdirmək istəyən, yerli universitetlərin aşağı kurs tələbələri üçün də vacibdir. SAT imtahanı üçün,ingilis dilinin səviyyəsi SAT B2 (Upper-Intermediate) və C1 (Advanced) qəbul ounmuşdur

SAT imatahanı ayrılıqda və ya birlikdə (kompleks şəkildə) fənnlər üzrə əsas məktəb biliklərini yoxlayır. Alınmış ballar tələbələrin təhsil prosessinin növbəti mərhələsinə nə qədər hazır olduqlarını göstərir. Eyni zamanda, nəticələrə əsasən bu və ya digər ali məktəbdə tədrisin səviyyəsi haqqında mühakimə yürütmək olur: tələbələrin akademik nailiyyyətləri, mübahisəsiz müəyyən nəticələr çıxarmağa imkan verir.

İmtahanın iki növü var: SAT I (reasoning test-baza fənlərinə əsaslanan testlər) və SAT II (subject test-konkret mövzu üzrə testlər). SAT I  üç saat davam edir.  Suallar və cavab variantlarından ibarət olan bu imtahan ümumi bilikləri yoxlayır. Bu növ test özündə riyazi hissəni, oxunan materialın analizini və esse yazılmasını cəmləşdirir. SAT II müəyyən bir sahə üzrə, abituriyentin bilik səviyyəsini yoxlayır. İmtahan bir saat çəkir. Bir sıra kolleclərin məhdud ixtisaslarına  qəbul üçün, seçilmiş fənn üzrə imtahan vermək vacibdir.

 

SAT I imtahanın formatı

İki hissədən ibarət olan riyazi bölmədə  54 sual olur. Abituriyent sual üzərində 70 dəqiqə ərzində işləyir. Buraya cəbr və həndəsədən tapşırıqlar, eyni zamanda modul sayı və cəmlik funksiyası haqqında nəzəri bilikləri, həmçinin özündə radikalları, dərəcələri və funksiyaları cəmləşdirən tənliklər daxildir.Verilən bölmədə  üç növ suallar verilir. Birinci tip - Standard Multiple-choice questions-dur. Buraya standart testlərə xas olan tapşırıqlar aiddir. Abituriyent verilən tapşırığı həll etdikdən sonra, təqdim edilən variantlardan düzgün cavabı seçməlidir. İkinci tip sualları Quantitative Comparison adlandırırlar. Bu tapşırıqlarda iki dəyər qarşılaşdırılır. Abituriyent iki dəyər arasında uyğunluğu anlamalıdır (dəyərlər bərabərdir; biri digərindən çoxdur; informasiyanın azlığı müəyyən nəticəyə gəlməyə imkan vermir). Üçüncü tip suallar - Student-produced response adlanır. Bu tip suallarda cavablar təqdim olunmur, abituriyent özü müstəqil olaraq təklif etməlidir.

Oxunan materialın analizi 67 sualdan ibarət olmasına baxmayaraq, iki hissəyə bölünür.  Abituriyentin vəzifəsi testdə verilmiş  5 variantdan düzgün olanını seçməkdir.

Suallar üç qrupa bölünürlər. Birinci qrup - Reading Comprehension (oxunan materialın dərk edilməsidir). Abituriyent bir və ya iki mətnlə işləyir. Oxunan materialın məzmunu ilə bağlı olan bir neçə suala (6-dan 13-ə qədər) cavab vermək zəruridir. İmtahan verən, mətnin əsas ideyasını müəyyən etməli, müəllifin qoyulan problemə yanaşma tərzini dəqiqləşdirməli, təhkiyənin xüsisiyyətlərini qeyd etməli, nəticələr çıxarmalıdır.

Analogies-(analogiyalar) - sualların ikinci qrupudur. Abituriyentə cüt- cüt qruplaşmış sözləri analiz etmək təklif olunur.Tapşırığın mahiyyəti aşağıdakı kimi başa düşülür. Qruplaşmış iki söz arasında uyğunluq  müəyyənləşdirilir,  sonra isə birinci cütə  oxşar və parelel olan digər söz qrupu tapılır .

Üçüncü qrup- Sentence Completion (cümlələrin tamamlanmasıdır). İmtahan verənin vəzifəsi- mənaya uyğun olaraq qrammatik söz və ifadələri seçərək cümlələrdəki boşluqları tamamlamaqdır.

İmtahanın yazılı hissəsi. Abituriyent 49 suala cavab verməli və esse yazmalıdır.Verilən hissə qrammatik biliklərin yoxlanılması üçündür. Əvvəlki bölmələr də olduğu kimi, burada da suallar  3 qrupa bölünür. Birinci qrup (18 sual) abituriyentlərə deyilənlərə tənqidi yanaşmaq qabiliyyətlərini nümayiş etdirmək bacarığı verir (qrammatik və sintaktik səhfləri üzə çıxarmaq və yaxud cümlələrin düzgün qurulması haqqında məlumat vermək). 25 sualdan ibarət olan ikinci qrupla işləməyə başlayan  abituriyentlər ilkin mənanı təhrif etmədən yalnış səslənən sözü düzəltməlidirlər. Üçüncü qrup tam abzasın düzəldilməsinə yönəlmişdir.  Açıq tipli cavab tələb edən bu testlər 6 sualdan ibarətdir.

Esse üçün mövzu 80 sözdən ibarət olan Statement-dir (bəyanat). Abituriyentlər bunu ya təsdiq ya da inkar etməlidirlər. Seçilmiş mövqenin dəqiq, doğru və anlaşıqlı olması üçün, məşhur tarixi və bədii faktlara əsaslanmaq tövsiyyə olunur. Yazılı imtahana 60 dəqiqə vaxt ayrılır, bunun 25 dəqiqəsi esse yazısına sərf edilir.

Qiymətləndirmə- Hər bölmə  üçün qiymətləndirmə  200 balla- 800 bal arasında dəyişir. Bir qayda olaraq abituriyentlər, imtahanların nəticələri haqqında 10 gündən sonra məlumat alırlar. Əlavə ödəniş sayəsində, testin  nəticəsi haqqında məlumat kollec və ya universitetə göndərilir.

 

Mənbə: http://m.test-sat.ru/examen-sat/

Tərəfdaşlar

"Abituriyent" jurnalı

Golden Pay

Milliön terminalları

Məlumat

Distant təhsil necə aparılır?

Valideynlər üçün məlumat

Əlaqə

AZ1078, Bakı şəhəri,
A.Salamzadə küçəsi, 28.
Tel: (051) 955 01 01
E-mail: info@otk.az

Bütün hüquqlar qorunur © 2017 +99451-955-01-01