Distant təhsil +99451-955-01-01 DAXİL OL / QEYDIYYAT
Xəbərlər
HAZIRLIQ KURSLARI Məktəb Abituriyent Bakalavriat Magistratura Rezidentura Doktorantura

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Apellyasiya Şurası yaradıldı

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin əmri ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Apellyasiya Şurası yaradılmışdır. Yeddi üzvdən ibarət olan Apellyasiya Şurasının tərkibinə TQDK-nın sədr müavini, şöbə müdirləri və Regional bölmələrinin rəhbərləri daxil edilmişlər.  

Qeyd olunmalıdır ki, “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq, Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş şikayətlər üzrə TQDK-nın qəbul etdiyi qərarlardan, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən həmin şəxslərin Apellyasiya Şurasına verdiyi şikayətlərə baxacaq. 

Tərəfdaşlar

"Abituriyent" jurnalı

Golden Pay

Milliön terminalları

Məlumat

Distant təhsil necə aparılır?

Valideynlər üçün məlumat

Əlaqə

AZ1078, Bakı şəhəri,
H.Zərdabi prospekti, 88A
Tel: +99451 955 01 01
E-mail: info@otk.az

Bütün hüquqlar qorunur © 2017 +99451-955-01-01