Distant təhsil +99451-955-01-01 DAXİL OL / QEYDIYYAT
Xəbərlər
HAZIRLIQ KURSLARI Məktəb Abituriyent Bakalavriat Magistratura Rezidentura Doktorantura

"Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası'nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında'' Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 noyabr tarixli 1516 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin  etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

QƏRARA ALIR:

1. "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin  tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası'' təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar qüvvəyə mindiyi tarixdən "Doktorantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 iyun tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 6, maddə 504; 2010, № 3, maddə 264) ləğv edilsin.

3. Bu qərar 2016-cı il 1 fevral tarixindən qüvvəyə minir.

 

Artur Rasi-zadə,

 Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 fevral 2016-cı il

№ 38

Tərəfdaşlar

"Abituriyent" jurnalı

Golden Pay

Milliön terminalları

Məlumat

Distant təhsil necə aparılır?

Valideynlər üçün məlumat

Əlaqə

AZ1078, Bakı şəhəri,
H.Zərdabi prospekti, 88A
Tel: +99451 955 01 01
E-mail: info@otk.az

Bütün hüquqlar qorunur © 2017 +99451-955-01-01