Distant təhsil +99451-955-01-01 DAXİL OL / QEYDIYYAT
Xəbərlər
HAZIRLIQ KURSLARI Məktəb Abituriyent Bakalavriat Magistratura Rezidentura Doktorantura

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” başa çatıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əsas məqsədləri - ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından respublikamızın müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət idi. Dövlət Proqramı çərçivəsində tələbələrin seçimi bu il artıq başa çatıb.

Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə Təhsil Nazirliyinin verdiyi məlumata görə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Onlardan indiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə mərhələsinə buraxılırlar. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir hal-hazırda.

Ən çox seçdikləri ilk 5 ölkə - Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı olub. Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti kimi yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alıblar və hal-hazırda alırlar.

Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.

 

Tərəfdaşlar

"Abituriyent" jurnalı

Golden Pay

Milliön terminalları

Məlumat

Distant təhsil necə aparılır?

Valideynlər üçün məlumat

Əlaqə

AZ1078, Bakı şəhəri,
H.Zərdabi prospekti, 88A
Tel: +99451 955 01 01
E-mail: info@otk.az

Bütün hüquqlar qorunur © 2017 +99451-955-01-01