Distant təhsil +99451-955-01-01 DAXİL OL / QEYDIYYAT
Xəbərlər
HAZIRLIQ KURSLARI Məktəb Abituriyent Bakalavriat Magistratura Rezidentura Doktorantura

Nobel mükafatı 2015

Laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da Stokholmda  keçirildi.

Qeyd edək ki, Nobel mükafatı  — dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfəyə görə verilən nüfuzlu beynəlxalq mükafatdır. Bu mükafat Alfred Nobelin adını daşıyır. O, isveçli kimyaçı, mühəndis və ixtiraçı kimi tanınmışdır. Onun ən böyük ixtirası dinamitin kəşfi olub.

1888-ci il Alfred Nobel jurnalist səhvi nəticəsində fransız qəzetində özünə həsr edilmiş nekroloqu oxudu. Nekroloqun başlığı  "Ölüm taciri dünyasını dəyişdi" idi. Bunu oxuduqdan sonra Nobel öz ölümündən sonra bəşəriyyətin yaddaşında necə qalacağı haqqında düşünür və bu fikri dəyişmək istəyir.

Onun qərarı ilə ölümündən sonra vəsiyyətinə görə qalan kapitalı Nobel fondunu təşkil edir və Nobel mükafatı təsis olunur.  Nobelin vəsiyyətinə əsasən beş sahə üzrə hər il Nobel mükafatı verilir. Xatırladaq ki, İqtisadiyyat elmləri üzrə mükafat 1968-ci ildə təsis olunub və İsveçin mərkəzi bankı olan Sveriges Riksbank tərəfindən təqdim olunur.

 Laureatlara verilən mükafata medal, şəxsi diplom və böyük həcmdə pul mükafatı daxildir.

 

2015 Ədəbiyyat üzrə Nobel mükafatı: Svetlana Aleksiyeviç

Belarus yazıçı Svetlana Aliksiyeviç Ukraynada anadan olub. Hal-hazırda isə Minskdə yaşayır. Münsiflər heyətinin təqdimatında yazıçının "polifonik yaradıcılığı - zamanımızın şücaətinin və iztirablarının abidəsi" kimi təsvir edilib.

Aleksiyeviç 2013-cü ildə Nobel mükafatına namizədlərdən biri olub. Onun ən məşhur hekayələri arasında “Müharibənin qadın siması yoxdur”, "Sink oğlanlar" və "Çernobıl duası" var.

 

2015 Nobel Sülh mükafatı: Tunis milli dialoq kvarteti

Bu mükafat millətlərin birləşməsində, əsarətin ləğv edilməsində, ordunun sayının azalmasında və ya sülh konqreslerinin keçirilmısində ən böyük təşəbbüsü olanlara verilir.

2015-ci ilin Nobel Sülh mükafatı 10 dekabr 2015-ci ildə Tunis milli dialoq kvartetinə təqdim edildi. Bu kvarteti Ümumi Tunis Əmək Konfederasiyası, Tunis Sənayə Konfederasiyası, Ticarət və Sənətkarlar, İnsan Hüquqlarının qorunması üzrə Tunis Liqası və Tunisin Milli Hüquqşünaslar Ordeni təşkil edir.  Bu kvartet “Jasmin” inqilabından (2011-ci il) sonra ölkədə demokratik dəyişikliklər uğrunda böyük işlər aparıb. Nobel mükafatının təsisçiləri bu kvarteti ayrı-ayrılıqda 4 təşkilat və ya insanlar kimi yox, bir Nobel mükafatıçısı kimi gördüklərini qeyd etdilər.

 

 2015 Fizika üzrə Nobel mükafatı: Takaaki Kadzite və Artur Makdonald

Yaponiya alimi Takaaki Kadzite və onun kanadalı həmkarı Artur Makdonald fizika üzrə Nobel mükafatına layiq görülüblər. Onlar neytrin osilliyasiyası sahəsindəki kəşfə görə bu mükafata layiq görülüblər.

 

2015 Fiziologiya və tibb üzrə Nobel mükafatı: Uilyam Kempl, Satoşi Omura və Tu Yuyu

2015-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına parazitar xəstəliklərin, o cümlədən malyariyanın müalicəsində yeni üsulların işlənib hazırlanmasına görə irlandiyalı Uilyam Kempl, yaponiyalı Satoşi Omura və çinli Tu Yuyu layiq görülüblər.

 

2015 Kimya üzrə Nobel mükafatı: Aziz Sancar, Tomas Lindahl və Paul Modriç

Kimya üzrə Nobel mükafatına türk əsilli ABŞ alimi Aziz Sancar, isveçli Tomas Lindahl və amerikalı Paul Modriç layiq görülüb. Onlar bu mükafata DNT-nin bərpası ilə bağlı apardıqları tədqiqatlara görə layiq görülüblər.

 

2015 İqtisadiyyat üzrə Nobel Mükafatı : Angus Deaton

Britaniya iqtisadiyyatçısı Angus Deaton 2015-ci ilin İqtisadiyyat üzrə Nobel mükafatı verilib. Şotlandiyada doğulan və ABŞ’ın Princeton Universitetində dərs deyən professor mükafatı “İstehlakın, yoxsulluğun və məişət problemlərinin təhlili” işinə görə alıb.

 

Tərəfdaşlar

"Abituriyent" jurnalı

Golden Pay

Milliön terminalları

Məlumat

Distant təhsil necə aparılır?

Valideynlər üçün məlumat

Əlaqə

AZ1078, Bakı şəhəri,
H.Zərdabi prospekti, 88A
Tel: +99451 955 01 01
E-mail: info@otk.az

Bütün hüquqlar qorunur © 2017 +99451-955-01-01