Distant təhsil +99451-955-01-01 DAXİL OL / QEYDIYYAT

ELEKTRON SINAQ İMTAHANLARI

DİQQƏT! Bu saytda yalnız elektron sınaqa yazılmaq olar.

Kağız üzərində olan sınaq imtahanı üçün burada ödəniş ETMƏYİN.

Bunun üçün DİM-in saytına keçin. ekabinet.dim.gov.az

Aprelin 1-dən 30-dək keçiriləcək ödənişli elektron sınaq imtahanına yazılış davam edir. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq. Test nümunələri yeni olmaqla yanaşı, imtahan fənləri üzrə qəbul proqramına və imtahan modelinə tam uyğun hazırlanıb.

İştirakçıların nəzərinə çatdırırıq ki, aprelin 1-dən 30-dək olan bütün imtahanlarda eyni test tapşırıqlarından (bir variant) istifadə olunur. Ona görə də, sizə uyğun tarix və saatı seçməklə bir sınaq imtahanına yazılmağınız kifayətdir.

Elektron sınaq imtahanında iştirak abituriyentlərə qəbul imtahanlarına hazırlıq səviyyələrini yoxlamaqla yanaşı, onların testlərlə işləmək vərdişlərinin artmasına da kömək edəcəkdir.

Elektron sınaq imtahanı abituriyentlərə imtahandan sonra yenidən test suallarına baxmaq, onları təhlil etmək, öz cavablarını etalon cavablarla müqayisə etmək imkanı da yaradır.

KEÇİD

Elektron sınaq imtahanına necə qeydiyyatdan keçməli və elektron sınaq imtahanına necə daxil olmalı

Qeydiyyatdan keçmək üçün Qeydiyyat linkinə daxil olun. Sadə qeydiyyat formasını doldurun. Qeydiyyat formasında ad, soyad, ata adı, işlək e-mail ünvanı və parol daxil edilməlidir.

Qeydiyyat vaxtı qeyd etdiyiniz e-mail ünvanına avtomatik olaraq təsdiq məktubu vasitəsilə təsdiq linki göndəriləcək. E-mail ünvanınıza daxil olub həmin link üzərində vurduqdan sonra qeydiyyat tam başa çatmış olacaq. Təsdiq məktubundakı linki vurmasanız sistemə daxil ola bilməyəcəksiniz.

Qeydiyyatı tam başa çatdırdıqdan sonra DAXİL OL linki vasitəsilə portala daxil olun.

Sınaq imtahanına yazılmaq üçün Xidmətlər səhifəsinə daxil olub elektron sınaq imtahanı bölməsindən sınaq imtahanına yazıla bilərsiniz.

Sınaq imtahanına yazılış zamanı ixtisas qrupunuzu, verəcəyiniz xarici dili, tarix və saatı seçib "Təsdiq" düyməsini vurmaq lazımdır. Bu zaman seçdiyiniz imtahanın adı ekranda sol tərəfdə "Yazıldığım xidmətlər" siyahısına əlavə olunur.

Sınaq imtahanına hansı tarixə və saata yazlmısınızsa həmin tarix və saatda portala daxil olub "Yazıldığım xidmətlər" siyahısından sınaq imtahanının adı üzərində vurmaq lazımdır. Açılacaq səhifədə sınaq imtahanına başlaya bilərsiniz. İmtahanın müddəti 3 saatdır. Əgər imtahan saat 09:00-da başlayacaqsa sizin imtahana daxil olduğunuz saatdan asılı olmayaraq saat 12:00-da imtahan bitəcək. İmtahanın müddəti bitdikdən sonra sistem avtomatik olaraq imtahan səhifəsini bağlayacaq.

Ödəmə üsulları

Portalda balansınızı artırmaq üçün mütləq qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçmək üçün Qeydiyyat linkinə daxil olun.

Qeydiyyatdan keçmisinizsə DAXİL OL linki vasitəsilə portala daxil olun.

Plastik kart vasitəsilə balansınızı artırmaq istəyirsinizsə mütləq portala daxil olmalısınız.

Siz Million terminalları vasitəsilə balansınızı artıra bilərsiniz. Bunun üçün sistemə daxil olduqdan sonra MENYU->Şəxsi kabinet->Profil səhifəsinə daxil olub mütləq mobil nömrənizi qeyd etməlisiniz (əks halda terminal vasitəsilə balansınızı artıra bilməyəcəksiniz). Milliön terminalında həmin mobil nömrəni qeyd etməklə istənilən məbləği portaldakı balansınıza yükləyə bilərsiniz.

Onlayn təhsil almaq indi daha rahatdır

Respublikanın ən qabaqcıl müəllimlərindən distant təhsil alın

Məktəb

Məktəb şagirdləri gündəlik dərslərinə təqdim etdiyimiz nəzəri materiallar, mövzular üzrə video dərslər, köməkçi materiallar, bilik səviyyənizi müəyyənləşdirəcək sınaq testlərilə hazırlaşa bilərlər

Abituriyent

TQDK proqramına və qəbul sisteminə uyğun olan nəzəri material, mövzu üzrə sizə fundamental biliklər verən video dərslər, köməkçi materiallar, əldə etdiyiniz bilikləri qiymətləndirmək həmçinin zəif tərəfləriniz haqqında sizə məlumat verən sınaq testlərlə tanış ola bilərsiz

Bakalavriat

Bu bölmədə siz ali təhsil müəssisələri, ixtisaslar haqqında tam dolğun məlumat əldə edə bilərsiniz

Magistratura

Burada magistratura pilləsinə hazırlaşmaq istəyənlər qəbul proqramı, qəbul sisteminə uyğun olan nəzəri materiallar, mövzu üzrə sizə fundamental biliklər verən video dərslər, köməkçi materiallar, əldə etdiyiniz bilikləri qiymətləndirmək həmçinin zəif tərəfləriniz haqqında sizə məlumat verən sınaq testlərlə tanış ola bilərlər

Rezidentura

Rezidentura tibb iхtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəхəssis hazırlıq formasıdır. Bu bölmədə rezidentura pilləsinə hazırlaşmaq üçün qəbul proqramları, qəbul elanı və digər lazımlı materiallarla tanış ola bilərsiniz

Doktorantura

Bu bölmə doktoranturaya hazırlaşan tələbələr, müəllimlər, fənnlər üzrə biliklərini mükkəmələşdirmək və təhsilində olan boşluqları aradan qaldırmaq istəyən şəxslər üçün nəzərdə tutulub

ÖDƏNİŞ SİSTEMLƏRİMİZ
KEYFİYYƏT
Respublikanın ən qabaqcıl müəllim və ekspertləri ilə birbaşa əlaqə.
ADİ KURSLARDAN DAHA UCUZ VƏ SƏRFƏLİ
Çox kiçik ödəniş ödəməklə yüksək səviyyəli təhsil almaq artıq realdır.
SINAQ İMTAHANLARI
TQDK qəbul programına uyğun ekspertlər tərəfindən tərtib olunmuş sınaq testləri sizin bilik səviyyənizin yoxlanılmasında əvəzolunmaz alətiniz olacaqdır.
VEBİNAR DƏRSLƏR
Sizə fərdi və ya qrup şəklində canlı dərslərdən yararlanmagı təklif edirik.
ONLAYN TƏHSİLİN ÜSTÜNLÜKLƏRİ
  • məsafədən asılı olmadan yüksək təhsil
  • qəbula hazırlıq üçün daha az vəsaitin xərclənməsi
  • respublikanın ən aparıcı müəllimlərinin dərsləri
  • keçilən dərslərin videoyazısına təkrar baxmaq imkanı
  • mövzuları dərindən mənimsəmək üçün audio-vizual izahlar
  • hər bir mövzu üzrə zəngin testlər, ev tapşırıqları, trinajorlar
  • tapşırıqların həllinin avtomatik yoxlanması və dinamikasına nəzarət
  • seçdiyiniz ixtisas qrupu üzrə istənilən sayda sınaq imtahanları
Bootstrap Slider

Distant təhsil

Ali və orta ixtisas təhsili müəssisələrinin yazılı və ya elektron test imtahanlarının təşkili və keçirilməsinin təmin edilməsi xidmətini göstəririk.

Ali təhsil müəssisələri üçün distant təhsil imkanı ilə tam avtomatlaşdırılmış elektron universitet sistemini tətbiq edirik və servis xidmətlərini göstəririk:

- elektron dekanat;

- elektron jurnal;

- dərs cədvəllərinin avtomatlaşdırılması;

- yazılı və ya elektron test imtahanlarının təşkili və keçirilməsi;

- imtahan cədvəllərinin avtomatlaşdırılması;

- avtomatlaşdırılmış hesabatların alınması;

- nəticələrin statistikası və analizi;

- müəllim və tələbələrin onlayn məlumatlandırılması;

- vebinar, çat, forum, bloq imkanları və s.

Xəbərlər

Distant təhsil

Bütün xəbərlər >>

SAT (Scholastic Aptitude Test)

Almaniya təhsil sistemi haqqında

В Азербайджане аттестация учащихся будет осуществл...

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ...

Новшество в Академии физкультуры и спорта...

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sə...

2016-cı ildə keçiriləcək imtahanların və tədbirlər...

Ümumtəhsil məktəbləri buraxılış sinif şagirdləri h...

TQDK UNESCO ilə əməkdaşlıq çərçivəsində ETICO plat...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci...

Tərəfdaşlar

"Abituriyent" jurnalı

Golden Pay

Milliön terminalları

Məlumat

Distant təhsil necə aparılır?

Valideynlər üçün məlumat

Əlaqə

AZ1078, Bakı şəhəri,
A.Salamzadə küçəsi, 28.
Tel: (051) 955 01 01
E-mail: info@otk.az

Bütün hüquqlar qorunur © 2017 +99451-955-01-01